“Zirə”nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqləndi – VİDEO
- 19:00
- 35
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 28-ci turunda "Zirə"nin "Neftçi" ilə matçda qolu qaydalar çərçivəsində vurmadığını təsdiqləyib.
Rekord.az xəbər verir ki, o, milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında həmin epizodda oyundan kənar vəziyyət olduğunu söyləyib.
Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olub. VAR-da Nicat İsmayıllı əyləşib.
Xatırladaq ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Zirə"nin futbolçusu Brahim Konate oyunun əsas vaxtının əlavə dəqiqələrində bərabərlik qolunu vurub.
<iframe width="641" height="388" src="https://www.youtube.com/embed/fnAUI8vSzyU" title="Rəhim Həsənovun Misli Premyer Liqasının XXVIII turundakı oyunlarla bağlı şərhi" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>