Əvəzedicilər Liqasında 4-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Zirə-2” – “Şamaxı-2” üzərində darmadağına sevinib. “Neftçi-2” isə “Sabah-2” ilə oyunda məğlubiyyətlə üzləşib.

“Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunu ilə əlaqədar olaraq, sentyabrın 14-də keçirilməli olan “Qarabağ-2” – “Turan Tovuz-2” görüşü sentyabrın 23-də baş tutacaq.

Əvəzedicilər Liqası
4-cü tur

15 sentyabr

“Zirə-2” – “Şamaxı-2” 3:0
Qollar: Ramiz Muradov, 55-pen. Fərid Şahhüseyni, 58. İmran Süleymanzadə, 78.

“Neftçi-2” – “Sabah-2” 0:1
Qol: İlkin Cəfərli, 90+3.