Tovuz klubu sabah Çempionlar Liqasında debüt edəcək
- 10:07
- 36
Qadın voleybolçulardan ibarət "Turan" klubu sabah avrokuboklarda debüt edəcək. "Rekord.az" xəbər verir ki, Tovuz təmsilçisi oktyabrın 20-də Çempionlar Liqasında ilk oyununa çıxacaq.
Turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq görüşdə komandamız rəqibi Xorvatiyanın “Mladost Zagreb” komandasıdır. Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək. Saat 19:00-da start götürəcək oyundan əvvəl konsert proqramı da təşkil ediləcək.
Komandamıza bu mühüm oyunda uğurlar arzulayır, bütün azarkeşlərimizi tribunlarda komandamıza dəstək olmağa dəvət edirik!
Çempionlar Liqası
II təsnifat mərhələsi
20 oktyabr
19:00 – “Turan” – “Mladost Zagreb”
