"Xankəndi" forma satışına başladı: 50 forma satıldı
- 11:00
- 37
Oktyabrın sonuna kimi Xankəndinə qayıtmağı planlaşdıran "Xankəndi" bilet və forma satışına başlayıb.
Rekord.az xəbər verir ki, Futbolun İnkişaf Fondunun (FİF) da dəstəyi ilə onlayn bilet satışının həyata keçirilməsi üçün Birbilet.az platforması ilə artıq razılıq əldə olunub
Həmçinin klubun rənglərini klubdan öncə Xankəndiyə daşımaq və merçendayzinq sahəsinin inkişafına dəstək olmaq məqsədilə FİF kluba 100 ədəd forma ianə edib və satışa start verib. Satışdan əldə olunan gəlir yenidən klubun merçendayzinq fəaliyyətinə (forma, şərf, atributlar və s.) yönəldiləcək. Beləliklə, klub bu istiqamətdə öz resursları hesabına inkişaf edə biləcək.
Qeyd edək ki, 20 gün ərzində artıq 50 bilet satılıb.