“Zirə”nin əvəzedici komandası 1-ci diviziona qayıtdı – yeni baş məşqçi açıqlandı
- 2021-06-23 19:47
- 528
2021/2022-ci illər futbol mövsümündə Azərbaycan çempionatının 1-ci divizionunda çıxış edəcək “Zirə-2” komandasının baş məşqçisi Azər Məmmədov təyin edilib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Köməkçi məşqçi funksiyasını isə Hacı Əhmədov yerinə yetirəcək.
“Zirə-2” ötən mövsüm 1-ci divizionda çıxış etməyib.