Misli Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

Öncə “Karvan-Yevlax” “Neftçi”ni qəbul edib. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev olub. Üç qolluq oyunda qonaqlar əzmkar qələbəyə seviniblər.

Günün digər oyunu “Zirə” ilə “İmişli” arasında baş tutub. Bu görüşü Cavid Cəlilov idarə edib. Tərəflər meydanı qolsuz tərk ediblər.

Daha öncə “Kəpəz” “Turan Tovuz”a 0:2 hesabıyla uduzub. “Qəbələ” – “Qarabağ” və “Araz-Naxçıvan” – “Şamaxı” oyunları sabah, “Sumqayıt” – “Sabah” görüşü isə 22 dekabrda keçiriləcək.

Misli Premyer Liqası
16-cı tur

20 dekabr

“Karvan-Yevlax” – “Neftçi” 1:2
Qollar: Araz Abdullayev, 45+9-pen – Bassala Sambu, 61. Emin Mahmudov, 90+7-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
Yevlax şəhər stadionu, 14:00.

Karvan-Yevlax: 99. Pedro Mateuş, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kinqs, 21. İmani Barker, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 3. Said İranxan, 10. Samuel Durrant.
Məşqçi: Füzuli Məmmədov.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 27. Kristian Kostin, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 77. Falaye Sako, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

“Zirə” – “İmişli” 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov.
Zirə İdman Kompleksinin stadionu, 16:30.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 26. Stefan Akka, 20. İssa Cibrilla, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.