Misli Premyer Liqasında X tura bu gün start veriləcək.


"Report"un məlumatına görə, günün yeganə oyununda "Turan Tovuz" "Sabah"ı qəbul edəcək.


Qarşılaşma Tovuz şəhər stadionunda, saat 18:30-da start götürəcək.


Ehtiyatda daha bir oyunu olan Bakı klubu 20 xalla birinci pillədə qərarlaşıb. Qərb təmsilçisi 9 matçdan sonra 15 xalla dördüncüdür.


Misli Premyer Liqası

10-cu tur

30 oktyabr


18:30. "Turan Tovuz" – "Sabah"


Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov.


VAR: Fərid Hacıyev.


AVAR: Müslüm Əliyev.


Hakim-inspektor: Asim Xudiyev.


AFFA nümayəndəsi: Elman Musayev.


Tovuz şəhər stadionu


Xatırladaq ki, Azərbaycan Premyer Liqasında X tura noyabrın 2-də yekun vurulacaq.