Hidayət Heydərov və digər iki cüdoçumuz mübarizəyə başlayır
- 11:30
- 31
Azərbaycanın daha üç cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayacaq.
Rekord.az xəbər verir ki, yarışın ikinci günündə olimpiya çempionu Hidayət Heydərov (73 kq) tatamiyə çıxacaq.
Həmçinin, Kamran Süleymanov (73 kq) və Südabə Ağayevə (70 kq) qüvvəsini sınayacaq.
Xatırladaq ki, ötən gün Azərbaycan təmsilçilərindən Balabəy Ağayev (60 kq), Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) bürünc müdal qazanıb.