
“Zirə” növbəti transferini açıqladı
- 13:30
- 47
"Zirə" yeni futbolçu ilə anlaşıb.
Rekord.az xəbər verir ki, sözügedən klub Enrike Kustodionu heyətinə qatıb.
Braziliyalı futbolçu ilə "1+1" illik müqavilə bağlanılıb.
30 yaşlı cinah müdafiəçisi daha əvvəl ölkəsinin "Kuritiba", "Nautiko", "Parana", Portuqaliyanın "Portimonense", "Farense", B-SAD, "Leyşonyş" klublarında çıxış edib.