Albaniya çempionatında 13-cü turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanda “Elbasani” komandasını qəbul edib.


Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Zamiq bu matçda sonadək oynayıb.


“Eqnatiya” 30 xalla birinci pillədə qərarlaşıb.