Kipr çempionatında 11-ci turun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Murad Məmmədovun komandası “Pafos” bu turda evdə “Aris”lə qarşılaşıb.


Muradın komandası bu oyunda 0:1 hesabıyla uduzub. Məmmədov 17-ci dəqiqədə meydana buraxılıb.


“Pafos” 11 oyundan 19 xalla 7-ci pillədə qərarlaşıb.