"Mercedes" komandasının italyan pilotu Kimi Antonelli Formula 1 üzrə dünya çempionatının 22-ci mərhələsi olan Qətər qran-prisinin qalibi olub.


Rekord.az xəbər verir ki, yarış Lusail avtodromunda baş tutub.


Antonellinin komanda yoldaşı, britaniyalı Corc Rassel ikinci, avstraliyalı Oskar Piastri ("Maklaren") isə üçüncü yeri tutub.


Dünya çempionatının sonuncu, 23-cü mərhələsi 4-6 dekabrda BƏƏ-də keçiriləcək.