Türkiyə Super Liqasında 13-cü turun oyunları keçirilir. 


Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi "Erzurumspor" səfərdə "Fənərbaxça"nın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 


Nəriman Axundzadə görüşün 81-ci dəqiqəsində meydana daxil olub.   


Bu məğlubiyyətdən sonra 14 xalda qalan "Erzurumspor" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. "Fənərbaxça" isə 23 xalla 5-ci sıradadır.