“Qəbələ” Azərbaycan Premyer Liqasının 2-ci turunda doğma meydanda “Zirə”yə 1:2 hesabı ilə uduzub.


Rekord.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra keçirilən mətbuat konfransında matç haqda bunları deyib:


“Çox gərgin oyun oldu. Bizə daha çox təcrübə lazımdır. 19-20 yaşlı uşaqlar inkişaf etməlidir. Oyundan-oyuna onlarda artım gözləyirik. Ümumi götürəndə, yaxşı oyun oldu. Zamanla daha yaxşı olacağımıza inanıram. Əsas odur ki, meydanda oyunumuz görünürdü. Hesabda öndə olduğumuz zaman da qol vurmaq üçün imkanlarımız oldu. Həmin epizodları təcrübəsizliyə görə qola çevirə bilmədik. Növbəti matçlarda daha yaxşı oyun nümayiş etdirə biləcəyik.


Sadə oynamalıyıq. Təcrübə qazandıqca hər şey düzələcək. Qolu özümüz yaratdıq. “Karvan-Yevlax”la matçda da öz qapımıza qol vurduq”.