İtaliya Futbol Federasiyası “Yuventus” klubunun “maaş maxinasiyaları” ilə bağlı məhkəmə iclası keçirib.

Rekord.az xəbər verir, Turin təmsilçisi oyunçuların məvaciblərinə görə xallardan məhrum edilməyəcək.

Məhkəmə "qoca sinyora"nın günahını etiraf etməsini nəzərə alıb. Beləliklə, klub yalnız 700 min avro məbləğində cərimə ödəyəcək.

Xatırladaq ki, daha əvvəl "Yuventus"un 10 xalı maliyyə fırıldaqçılığına görə silinib.