Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun Herçeq Novi şəhərinə yollanıb.


Rekord.az xəbər verir ki, yığmamız Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını başa vurub.


Komanda Avropa çempionatına hazırlıq planı çərçivəsində Monteneqronun Herçeq Novi şəhərinə yollanıb.


Elşad Quliyevin rəhbərlik etdiyi komanda burada keçiriləcək mini-turnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.


Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək