Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan dünya kubokunda bu gün növbəti görüşünü keçirəcək.


Rekord.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.


Qarşılaşma saat 21:00-da start götürəcək.


Azərbaycan millisi ötən gün pley-in mərhələsində Litvanı 14:12 hesabı ilə məğlub edib.