
“Yəqin ki, sağollaşacağıq” - Adil Şükürov
- 19:46
- 53
"Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 5-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Qəbələ"ni təbrik edirəm. Onlar əllərinə düşən bütün imkanları dəyərləndirdilər və layiqli qələbə qazandılar. Komanda olaraq, istədiklərimizi edə bilmirik. Bir çox şeylərdə futbolçularla ortaq məxrəcə gələ bilmirik. Futbolçularla yenə də danışacağıq. Futbolçular istədiklərimizi meydanda həyata keçirə bilmirlər. Bu da bütün matçlarda məğlubiyyətimizə səbəb olur.
Azarkeşlər burada oynadığım vaxt bizim başımıza çox oyun gətirmişdilər. Hətta bizi zəhərləmişdilər. "Kəpəz" mənə çox əzizdir. Ona görə də, kimsə nəsə deyəndə, mənə çox pis təsir edir. Elə adamlar var ki, heç "Kəpəz"in tarixindən xəbəri yoxdur. Futbolçular təzyiqə tab gətirə bilmirlər.
Azarkeşin üstünə getmədim. Tərbiyəsizlik etdilər, onun cavabını verdim. Çünki tərbiyəsizlik insana təsir edir. İnsanlar şəxsi məsələlərə toxunmamalıdır. Kimin hara gedəcəyinə rəhbərlik qərar verir. Etikadan kənara çıxmaq olmaz. Bir az diqqətli olmalıdırlar. Azarkeşə dedim ki, məni harasa göndərmək sənlik deyil, sənin başın üçün deyil.
İstefaya göndərilməyim realdır. Yəqin ki, sağollaşacağıq”.