"Keşlə" avrokuboklar öncəsi heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, söhbət fransalı Oumar Diabydən gedir.

Lakin bir problem var ki, "Keşlə" Konfrans Liqasının ilk matçında Diabyinin xidmətindən istifadə edə bilməyəcək. Səbəb isə sözügedən futbolçunun passivində avrokuboklarla bağlı 1 oyunluq cəzanın olmasıdır.