Yeni klubunda debüt etmədən rekordçu oldu
- 18:09
- 31
"Real"dan icarə əsasında Lion “Olimpik”inə keçən Endrik bir dəqiqə belə oynamadan klub tarixinə düşüb.
Rekord.az xəbər verir ki, 23 dekabrda Fransa klubu rəsmi sosial media hesabı vasitəsilə Endrikin transferini elan edib.
Braziliyalı hücumçunun transfer videosu azarkeşlər arasında böyük maraq doğurub və klub tarixində ən çox izlənilən sosial media videosu olub. Endrikin iştirak etdiyi video 4 günə 1,1 milyondan çox baxış sayı toplayaraq yeni klub rekordu qırıb.
19 yaşlı futbolçunun Lion “Olimpik”ində debütünü yanvarın 3-də - "Monako" ilə görüşdə edəcəyi gözlənilir.