Azərbaycan 2-ci Liqasında 2025/26 mövsümünə start verilib.

Rekord.az xəbər verir ki, ilk turun iki oyununda qalib müəyyənləşməyib.

“Xankəndi” “Dinamo”ya böyük hesabla qalib gəlib. “Quba” və “Şəki” isə mövsümə inamlı qələbə ilə başlayıblar.

2-ci Liqa
1-ci tur

“Quba” – “Qaradağ Lökbatan” 2:0
Qollar: Vüsal Hüseynov, 45+3-öz qapısına. Vidadi Cəfərov, 90+3.

“Şirvan” – “Şəmkir” 1:2
Qollar: Qərib İbrahimov, 81 - Tural Məmmədzadə, 29. Cavidan Rəhimli, 41.

“Göygöl” – “Araz Saatlı” 1:1
Qollar: Ziyabil Məmmədov, 21 - Yaqub Yusubov, 30.

“Kür-Araz” – “Ağdaş” 1:1
Qollar: Bayram Əliyev, 54 - Elvin İsmayılov, 62.

“Dinamo” – “Xankəndi” 0:4
Qollar: Elməddin Hüseynzadə, 46. Sərxan Ağayev, 52. Tural Qurbatov, 76. Bəhruz Teymurov, 88.

“Ağstafa Gəncləri” – “Şəki” 0:2
Qollar: Nurlan Novruzov, 3. Saleh Süleymanov, 80.