
Venesuela millisinin üzvü "Neftçi"yə təklif olundu - ÖZƏL!
- 11:00
- 155
Venesuela millisinin hücumçusu Darvin Maçis "Neftçi"yə keçə bilər.
Rekord.az-a daxil olan məlumata görə, sözügedən futbolçu menecerlər tərədindən "ağ-qaralar"a təklif olunub.
Baş məşqçi Samir Abasov bəyənib razılıq verəcəyi təqdirdə onunla danışıqlara start veriləcək.
Qeyd edək ki, 32 yaşlı Maçis karyerası ərzində İspaniyanın "Qranada", "Valyodolid", "Kadiz", İtaliyanın "Udineze" klublarında forma geyinib. Həmçinin Venesuela milisinin heyətində 52 oyun keçirib və 11 qola imza atıb.