
Vadji “Turan Tovuz”da
- 31 İyl 2025 13:15
- 100
“Qarabağ”ın sabiq hücumçusu İbrahima Vadji bundan sonra “Turan Tovuz”un formasını geyinəcək.
Rekord.az xəbər verir ki, son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesund", ölkəmizdə isə "Qarabağ"ın formasını geyinib.