Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisini Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə oyuna çıxaracaq məşqçi müəyyənləşib.


Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı meydana baş məşqçi Ayxan Abbasovun köməkçisi Elnur Çodarov çıxaracaq.


Qeyd edək ki, sentyabrın 9-da "Liv Bona Dea Arena"da keçiriləcək görüş saat 18:00-da start götürəcək.


Ayxan Abbasov isə əsas millini DÇ-2026-nın seçmə mərhələsində sabah Ukrayna yığması ilə Bakıda keçiriləcək qarşılaşmaya çıxaracaq.