Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib. "Rekord.az" xəbər verir ki, mükafatı ona İstanbulda təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan Türkiyə-Azərbaycan qarşılaşmasında Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ təqdim edib.

Bu mükafat Faiq Qarayevə Türkiyədə voleybolun inkişafındakı xidmətlərinə görə verilib.