
Türkiyə millisində ciddi itki
- 12 Okt 2025 17:30
- 51
Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.
Rekord.az xəbər verir ki, İrfan Can Kahveci ötən gecə Bolqarıstanla oyunda (6:1) sıradan çıxıb. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
"Fənərbaxça"nın futbolçusu komanasının 6-cı qolunu vurduğu epizodda sağ ayaq biləyindən zədələnib. 30 yaşlı vinger müalicə olunmaq üçün klubunun düşərgəsinə qayıdıb.
Qeyd edək ki, Türkiyə yığması oktyabrın 14-də öz meydanında Gürcüstanla qarşılaşacaq.