“Neftçi" "Sumqayıt"ı məğlub etdi
- 22:20
- 35
Azərbaycan Basketbol Liqasında 4-cü turun daha bir oyunu keçirilib.
Rekord.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Sumqayıt"la üz-üzə gəlib.
Milli Gimnastika Arenasında baş tutan görüş Bakı təmsilçisinin qələbəsi ilə bitib - 86:69.
Günün ilk qarşılaşmasında "Naxçıvan" "Gəncə"ni üstələyib - 72:70.
Turun "Sabah" - NTD oyunu oktyabrın 19-da baş tutacaq. "LANDAU Lions" - "Ordu" matçı qeyri-müəyyən müddətə təxirə salınıb.