Türkiyənin “Eyüpspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.


Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisini Orhan Ak çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


İstanbul klubu 46 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.


Orhan Akın son iş yeri “Fatih Karagümrük” olub. “Eyüpspor” isə Səlcuk Şahinlə yollarını ayırıb.