Türkiyənin “Qaziantep” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.


Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisini Mirel Radoi çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Rumıniyalı mütəxəssislə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.


45 yaşlı məşqçinin son iş yeri ölkəsində FKSB olub. O, ötən gün Buxarest klubundan ayrılıb.