Ötən mövsümü "Səbail"də keçirən Turan Manafov legioner həyatı yaşayacaq. "Rekord.az" xəbər verir ki, cinah müdafiəçisi Cənubi Afrika Respublikasının "Stellenboş" klubunun formasını geyinəcək.  


Afrika təmsilçisi Manafovun transferi barədə hələ ki, rəsmi açıqlama verməyib. Ancaq maraqlıdır ki, onun adı klubun rəsmi saytında komandanın bir üzvü kimi göstərilib və Turanın 2 nömrəli forma altında çıxış edəcəyi qeyd olunub.