
Tovuz şəhər stadionu oktyabrda “Turan Tovuz"un ixtiyarına veriləcək
- 19:00
- 39
Tovuz şəhər stadionunun oktyabrın sonunadək "Turan Tovuz"un ixtiyarına verilməsi nəzərdə tutulub.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Ot örtüyünün dəyişdirilməsi işləri yekunlaşmaq üzrədir. Drenaj və suvarma sistemi quraşdırılan meydana toxum əkilib.
Toxumların əkilməsi xüsusi texnikalarla həyata keçirilib və bu gün yekunlaşıb.