İspaniya millisinin futbolçusu Ferran Torres DÇ-2026-nın seçmə mərhələsində Bolqarıstan yığmasına qarşı keçirəcəkləri oyunda iştirak etməyəcək.


Rekord.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.


"Barselona" klubunda çıxış edən hücumçunun əzələsində yüklənmə aşkarlanıb. O, bu səbəbdən komandanın düşərgəsindən ayrılıb.


Qeyd edək ki, İspaniya - Bolqarıstan matçı oktyabrın 14-də, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.