
Tərlan Əhmədovun "Araz Naxçıvan"a təyinatı niyə baş tutmayıb?
- 15:00
- 55
Uzun müddətdir işsiz qalan Tərlan Əhmədovla bağlı maraqlı məlumat əldə etmişik.
Rekord.az-a daxil olan məlumata görə, sən demə Elmar Baxşıyevdən öncə "Araz Naxçıvan"ın baş məşqçi postu Tərlan Əhmədova təklif olunub.
Əhmədov da təklifi qəbul edib. Lakin onun qarşısında şərt qoyulub ki, yalnız özün gəlirsən və heç bir köməkçi gətirmirsən. Yəni köməkçilər klub tərəfindən təqdim olunacaq. Bu təklifi isə Əhmədov qəbul etməyib və bildirib ki, öz köməkiçilərini də özü ilə gətirmək istəyir. Bundan sonra klundan onunla əlaqə saxlanılacağı və detalların danışılacağı deyilib, Bu söhbətin üstündən bir gün keçəndən sonra Elmar Baxşıyev "Araz Naxçıvan"ın baş məşqçisi təyin olunub.