"Kəpəz" rəhbərliyi Tərlan Əhmədovun səlahiyyətlərini artırıb.

Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi bütün futbolçu, məşqçi heyətinin nizam-intizamına görə bütün məsuliyyətə və səlahiyyətə malikdir.

O, hansısa neqativ hal olarsa, bununla bağlı həm intizam həm də maliyyə cəzası qəbul etmək səlahiyyətinə sahidir. Yəni baş məşqçi sabah hansısa futbolçunun, yaxud məşqçinin hansısa hərəkətinə görə, konkret hansısa məbləğdə cəzalandırılmasını istəsə, klub rəhbərliyi bunun icrasını təmin edəcək.

Qeyd edək ki, yayıla son məlumatlara görə, Əhmədov məşqə məsuliyytsiz yanaşdığı üçün hətta öz köməkçilərinə də maddi cəza kəsdirmişdi.