
Tanınmış futbol adamı federasiya prezidentliyinə namizəd oldu
- 12 Okt 2025 15:00
- 139
Bu ayın sonunda Şimal Regional Futbol Federasiyasına yeni prezident seçiləcək.
Rekord.az xəbər verir ki, bu postu tumağa bir neçə namizəd var.
Bunlardan biri də tanınmış futbol mütəxəssisi, uşaq futboluna əvəzsiz xidmətləri olmuş Ağamusa Bağırovdur. Azərbaycan futbolunda Sumqayıtın xüsusi çəkisi hər zaman olub, bu gün də var. Zaman-zaman bu şəhərdən həm güclü futbolçular, həm də məşqçilər çıxıb, bu gün də bu ənənə davam edir. Sumqayıt futbolunun yetirmələri ölkənin həm milli komandasında, həm də iddialı klublarında forma geyiniblər. Bu futbolçuların bu səviyyəyə gəlməsində heç şübhəsiz ki, məşqçi əməyi də xüsusi yer tutur. Son 30-40 ildə Sumqayıt futbolu dedikdə ağla iki məşqçinin adı daha çox gəlir: Tofiq Rzayev, Ağamusa Bağırov. Tofiq müəllim artıq bir müddətdir ki, dünyasını dəyişib. Ağamusa Bağırov isə bu gün də aktiv fəaliyyətdədir, “Sumqayıt” Futbol Akademiyasında Azərbaycan futboluna yeni istedadlar bəxş etməkdə davam edir. Əsl adı Ağamusa olsa da, Sumqayıt futbol ictimaiyyəti uşaqdan böyüyə, ona Musa müəllim deyə müraciət edir. Bu mənada Ağamusa müəllimin ŞRFF-a prezident seçilməsi futbolun inkişafı baxımından mühüm hadisə olardı.
Ağamusa müəllimin məşqçi kimi qazandığı bir sıra uğurları sizə də təqdim edirik:
1989. Bakı birinciliyi (1976-77-ci il təvəllüd) – II yer.
1994. Bakı birinciliyi (1980-81-ci il t) – I yer.
1998. Yeniyetmələrin I Respublika oyunları (1980-81-ci il t.) – I yer.
2000. “Sevinc” kuboku, Respublika birinciliyi (1986-87-ci il t.) – II yer.
2000. Yeniyetmələrin II Respublika oyunları (1984-85-ci il t.) – II yer.
2002. Yeniyetmələrin III Respublika oyunları (1987-88-ci il t.) – III yer.
2003. “Sevinc” kuboku, Respublika çempionatı (1989-90-ci il t.) – II yer
Ölkə birinciliyi, I yer
2004. Yeniyetmələrin IV Respublika oyunları (1992-93-cü il t.) – II yer
2006. “Sevinc kuboku” – II yer
2007. Təhsil Nazirliyinin Kuboku –II yer
2008. “Sabahın ulduzları” – I yer
2012. Respublika çempionatı (1998-99-cu il t.) – I yer.
AFFA tərəfindən keçirilə yarışlarda qazanılan uğurlar:
2002. Respublika çempionatı (1984-85-ci il t.) – I yer.
2004. Azərbaycan birinciliyi, 16-17 yaş, “Xəzər” Sumqayıt, I yer.
2005. Azərbaycan birinciliyi, “Gənclərbirliyi” (1989-90-cı il t.) – I yer.
2007. Azərbaycan birinciliyi, “Sumqayıt” (1994-95-ci il t.) – III yer.
2011. U-14 liqası, “Sumqayıt” FK – III yer.
2022. Azərbaycan çempionatı, U15 lI yer, U-13 I yer.
RFFİB-nin “Regional” kuboku yarışlarının 3 qat qalibi. 1989-cu ildən Tofiq Rzayevlə birgə çalışmağa başlamış Ağamusa müəllim, milli komanda səviyyəsində futbolçuların yetişməsində böyük əmək sərf edib:
Kamal Quliyev, Rəşad Mustafayev, Şahin Şükürov, Zaur Hidayətov, Rəsul Məmişov, Samir Abasov, Elşən Poladov, Daşqın Alıyev, Namiq Əliyev, Ramil Hüseynov, Fərhad Vəliyev, Zaur Həşimov, Mahir Şükürov, Rauf Ələkbərov, Anar Niftəliyev, Rəşad Muradov, Rəşad Kərimov, Orxan Rəcəbov, Vüqar Quliyev, Vəfədar Quliyev, Əsgər Abbasov, Natiq Məmmədkərimov, Elmar Məmmədov, Vüqar Nadirov, Samir Abdulov, Ceyhun Fətəliyev, Bəhruz Zeynalov, Azər Aslanlı, Fərid Kərimzadə, Ramil Orucov, Tural Bayramlı, İsmayıl Babayev, Səbuhi Abdullazadə, Rüfət Abdullazadə, Samir Məhərrəmli, Rəhman Məmmədov, Sənan Ağayev, Xəyal Fərzullayev, Sərraf Yusifzadə, Elvin Yunusov, Sənan Əsədov, Mirmehdi Rzayev.
Bağırov işindəki naliyyətlərə görə 2013-cü ildə Respublikanın əməkdar məşqçisi, 2017-ci ildə isə Əməkdar Bədən Tərbiyəsi və İdman işçisi fəxri adına layiq görülmüşdü. Hazırda Şimal Regional Futbol Federasiyasının vitse-prezidentidir.