Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.


Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisini Radomir Djaloviç çalışdıracaq.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Monteneqrolu mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.


Djaloviçin son iş yeri Sloveniyanın "Maribor" klubu olub. "Kayserispor" isə Markus Gidsolla yollarını ayırıb.