Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçilər Cengizhan Akgün və Rayan Abidi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Elazığspor”dan transfer olunan Cengizhan üçün 500 min TL təzminat ödənilib. 22 yaşlı sağ cinah vingeri ilə 3+1 illik müqavilə imzalanıb.

Rayan Abid isə yeni klubu ilə 2+1 illik müqavilə imzalanıb. 29 yaşlı fransız futbolçu son olaraq “Hatayspor”un formasını geyinib. O, 2019-cu ildən bu komandanın uğurları üçün çalışırdı.

Yeri gəlmişkən, Abidlə vidlaşan “Hatayspor” da müdafiəçi Burak Öksüzü heyətinə qatıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, 25 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. Burakın son iş yeri “Sakaryaspor” olub.

“Yeni Malatyaspor” öz futbolçularından Umut Bulut ilə də yollarını ayırıb. 38 yaşlı futbolçu 2020-ci ildən bu klubun uğurları üçün çalışırdı. Türkiyə millisinin sabiq hücumçusu bundan sonrakı karyerasını “Eyüpspor”da davam etdirəcək. O, daha öncə “Qalatasaray”, “Trabzonspor”, “Tuluza” kimi klublarda da çıxış edib.