
"Sumqayıt"la yeni müqavilə imzalayan futbolçunun maaşı da artırıldı
- 31 İyl 2025 15:00
- 221
Ötən gün "Sumqayıt"la yeni müqavilə bağlayan Səbuhi Abdullazadənin maaşında da artım olacaq.
Rekord.az-ın əldə etdiyi məlumata görə, ötən mövsüm aylıq 10 min manat maaş alan futbolçu, yeni mövsümdən ayda 12 min manat qazanacaq.
Səbuhinin ötən mövsüm başa çatandan sonra "Sumqayıt"dan getmək ehtimalı yaranmışdı. O, hətta "Sabah"la danışıqlar da aparmışdı. Sadəcə, tərəflər maddi məsələdə razılaşa bilməmişdi. Belə ki, Masazır təmsilçisi Abdullazadəni heyətinə qatmaq istəsə də, aylıq 10 min manatdan yüksək maaş vermək niyyətlərinin olmadığını bildirmişdi. Futbolçu isə "elə həmin pulu "Sumqayıt"da alıram" deyib "Sabah"a keçməkdən imtina etmişdi. Daha sonra bir müddət Türkiyə variantı olsa da, yekunda təklifi yetəri qədər ciddi hesab etməyən Səbuhi yekunda "Sumqayıt"la yeni müqaviləyə razılıq verib.