“Sumqayıt”ın öz stadionuna qayıdışı yubanacaq - RƏSMİ
- 15:50
- 36
Misli Premyer Liqasının 10-cu turunda keçiriləcək “Sumqayıt” – “Şəfa” qarşılaşması “SOCAR Polymer Arena”da baş tutacaq.
Rekord.az PFL-in saytına istinadən xəbər verir ki, mütəxəssislərin rəyinə əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün daha yaxşı vəziyyətə gətirilməsi və davamlı istismara hazır olması üçün bir müddət gözləmək məqsədəuyğun hesab edilib.
“Sumqayıt”ın bu mövsüm Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk ev oyununun Misli Premyer Liqasının XII turunda “Sabah”a qarşı keçirilməsi planlaşdırılır. Oyundan öncə PFL tərəfindən stadiona baxış keçiriləcək.