15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.


Rekord.az xəbər verir ki, Litva yığması ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb.


Aleksandr Qrossun rəhbərlik etdiyi Azərbaycan komandasının heyətində Zəfər İbrahim fərqlənib. Penaltilər seriyasında 2:1 hesabı ilə üstün olan yığma turniri qələbə ilə başa vurub.


Xatırladaq ki, Azərbaycanın U-15 millisi turnirdəki ilk matçında Latviyaya 0:3, ikinci görüşündə isə Maltaya 0:1 hesabı ilə məğlub olub.