Rekord təkrarlandı: 10 ildən sonra
- 14:40
- 37
Misli Premyer Liqasının arxada qalan hissəsi “Sabah”ın cəmi 1 qol buraxması ilə diqqət çəkir.
Rekord.az xəbər verir ki, 8 oyunda orta hesabla 0,125 top buraxan paytaxt təmsilçisi turnirin tarixinin rekordunu təkrarlayıb.
1992-ci ildən keçirilən çempionatda ümumilikdə 5-ci, son 10 mövsümdə ilk dəfə bir komanda ilk 8 matçda yalnız 1 top buraxıb. Buna sonuncu dəfə 2016/17 mövsümündə “Qəbələ” nail olub.
2001/02 mövsümündə “Neftçi”nin imza atdığı rekordu 6 ildən sonra AZAL, 9 ildən sonra “Xəzər Lənkəran” təkrarlayıb.