Azərbaycanın millisinin və "Pafos"un futbolçusu Murad Məmmədov zədəsini sağaldaraq yaşıl meydanlara qayıdıb.


Rekord.az xəbər verir ki, 20 yaşlı oyunçu Kipr çempionatının 7-ci turunda "Nea Salamina" komandasına qarşı matçın 70-ci dəqiqəsində meydana çıxıb.


Murad Məmmədovun komandası səfərdə keçirdiyi görüşdən 0:0 hesablı bərabərliklə ayrılıb.


"Pafos" 7 turdan sonra 12 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.