20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) çıxışını başa vurub. "Rekord.az" xəbər verir ki, yarış22-25 oktyabr tarixlərində Gürcüstanın Rustavi şəhərində təşkil olunub.
Çempionatda komandamız baş məşqçi Gökhan Edmanın rəhbərliyi ilə çıxış edib. A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşan komandamız hər iki oyunda məğlub olub.B qrupunda isə Ukrayna, Ermənistan, Estoniya və Gürcüstan yığmaları mübarizə aparıblar.
Beşinci yer uğrunda görüşdə Gürcüstan yığması ilə qarşılaşan Azərbaycan millisi ev sahibini 3:1 hesabı ilə məğlub edib və turniri beşinci pillədə başa vurub.
Finalda isə Polşa millisi Ukrayna yığmasını 3:2 hesabı ilə məğlub edərək EEVZA çempionatının qalibi olub və 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.