Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirəcək.


Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisi əsas mərhələnin I turunda Macarıstan çempionu "Uypeşt"lə üz-üzə gələcək.


Matç Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


Qarşılaşmanı fransalı Viktor Şe idarə edəcək. Ona latviyalı Sergey Saçmans və İqor Yaçeviç kömək göstərəcəklər. Görüşün "timekeeper"i polşalı Dominik Lorke, hakim-inspektoru almaniyalı Sven Eyxler, UEFA nümayəndəsi isə ukraynalı Marina Kirilyuk olacaq.


Qeyd edək ki, "Araz-Naxçıvan" yer aldığı V qrupda oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşanın "Piast" komandası ilə qarşılaşacaq.