"Kəpəz" klubunun rəsmi fan-shopu - 1959 Store fəaliyyətə başlayıb. 


Rekord.az xəbər verir ki, kluba aid rəsmi azarkeş atributları və aksesuarlarının satışını həyata keçirən mağaza "Kəpəz"sevərlərin təşəbbüsü və klub rəhbərliyinin dəstəyi ilə ərsəyə gəlib. 


Fan-shopda həm uşaqlar, həm də böyüklər üçün xüsusi dizaynlı formalar, oyun formaları, nostalji formalar, şərflər və digər aksesuarlar satılır. 


Ünvan: Gəncə şəhər stadionunun mərkəzi girişi


İş qrafiki: hər gün saat 11:00-19:00 ("Kəpəz"in ev oyunlarında mağaza matçın sonunadək işləyir, səfər qarşılaşmalarında isə istirahət günüdür) 


Sifariş: istədiyiniz məhsulu sifariş edərək ünvanınıza çatdırılma ilə əldə edə bilərsiniz.