"DH Volley" avrokuboklarda ilk oyununu keçirəcək
- 10:40
- 42
Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, Bakı təmsilçisi Danimarkanın "Holte IF" komandası ilə üz-üzə gələcək.
Holte şəhərində təşkil olunacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda keçiriləcək.