DÇ-2027-nin qrupları bəlli oldu
- 15:20
- 39
Qadın voleybolçular arasında 2027-ci il dünya çempionatının qrupları bəlli olub. “Rekord.az” xəbər verir ki, oktyabrın 26-da keçirilən püşkatma mərasimində turnirdə iştirak edəcək 32 yığma komandanın rəqibləri müəyyənləşib.
Gələn il 20 avqust-5 sentyabr tarixlərində baş tutacaq mundiala ABŞ və Kanada ev sahibliyi edəcək. Komandalar hərəsində 4 yığma olmaqla ümumilikdə səkkiz qrupda mübarizə aparacaqlar. Qrup mərhələsinin oyunları Monreal, Omaha, Orlando və Kvebek şəhərlərində təşkil olunacaq. A və F qruplarının görüşlərinə Omaha, B və D qruplarının oyunlarına Orlando, E və G qruplarının qarşılaşmalarına Monreal, C və H qruplarının matçlarına isə Kvebek ev sahibliyi edəcək.
Hər qrupda ilk iki yeri tutan komandalar səkkizdəbir final mərhələsinə yüksələcəklər. Pley-off mərhələsinin sonrakı oyunları, yarımfinallar və medal qarşılaşmaları ABŞ-ın Anahaym şəhərində təşkil olunacaq. Dünya çempionatının finalı isə sentyabrın 5-də keçiriləcək.
Qeyd edək ki, növbəti mundial bir
neçə yeniliklə da yadda qalacaq. Belə ki, İsveçrə millisi tarixində ilk
dəfə bu yarışda iştirak edəcək. Həmçinin sanksiyalar səbəbindən
beynəlxalq yarışlardan kənarda qalan Rusiya yığması da 9 ildən sonra
dünya birinciliyində mübarizə aparacaq.
2027-ci il dünya çempionatının qrupları:
A qrupu: İtaliya, Belçika, Kolumbiya, Puerto-Riko.
B qrupu: Braziliya, Çexiya, Keniya, Cənubi Koreya.
C qrupu: Türkiyə, Dominikan Respublikası, Fransa, Misir.
D qrupu: ABŞ, Tailand, Meksika, Yunanıstan.
E qrupu: Polşa, Almaniya, Sloveniya, Kuba.
F qrupu: Yaponiya, Rusiya, Argentina, Bolqarıstan.
G qrupu: Kanada, Serbiya, Ukrayna, Kamerun.
H qrupu: Çin, Niderland, İsveç, İsveçrə.