Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Daxil olan əməliyyat məlumatı əsasında Corat qəsəbəsi ərazisində qadınların da üzv olduğu şəbəkə ifşa edilib. Belə ki, qəsəbə ərazisində keçirilən əməliyyat zamanı Əlimərdan Əlimərdanlı, Aygül Rəşidzadə və Vüsalə Qasımova saxlanılıb. 

Bakı şəhəri Binəqədi rayon qeydiyyatında olan Vüsalə Qasımova Corat qəsəbəsinə rəfiqəsi Aygül Rəşidzadəgilə qonaq gəldiyini deyib. Onların üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

"Rekord.az"-ın məlumatına görə, Əli Əlimərdanlı "Bakı" və "Sumqayıt" futbol klubunun futbolçusu olub. 2015-2016-cı ildə "Sumqayıt" klubunda çıxış edən futbolçu əvəzedici komandanın kapitanı da olub. O, əsas komanda da 4 oyun keçirib. Sonradan işləri yolunda getməyən futbolçu karyerasın başa vurmaq qərarına gəlib.