İsrail Premyer Liqasında 9-cu turun oyunları keçirilir. 


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi "Kiryat Şimona" səfərdə "Beytar"ın qonağı olub.


Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Abdullazadə görüşün 71-ci dəqiqəsində meydana daxil olub.


Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "Kiryat Şimona" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.