Azərbaycan Basketbol Liqasının 5-ci turunda "Neftçi" "LANDAU Lions"la qarşılaşıb.


Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş "Neftçi"nin 86:84 hesablı qələbəsi ilə yekunlaşıb.


Qeyd edək ki, turun ötən gün keçirilən açılış oyununda "Ordu" "Naxçıvan"ı 84:76 hesabı ilə üstələyib. 5-ci tura noyabrın 1-də yekun vurulacaq.